Bakı. Trend:
Sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti sənəd əsasında tənzimlənir. Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu sənəd liderlər səviyyəsində imzalanıb", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Azərbaycan ərazilərinin bəzi hissələrinə yerləşdirilib. Cari ilin sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 10-da keçirdiyi brifinqdə bildirib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.