...

Fransa məsələni gərginləşdirmək üçün canfəşanlıq edir - Ceyhun Bayramov

Siyasət Materials 26 Fevral 2024 11:47 (UTC +04:00)
Fransa məsələni gərginləşdirmək üçün canfəşanlıq edir - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bütün bu istiqamətlərdə hər hansı bir müsbət addım atılan zaman Fransa çox böyük canfəşanlıq edir və onun bu canfəşanlığı məhz məsələni gərgiləşdirmək və müsbət istiqamətdə inkişafa yol verməməkdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"Almaniya kansleri O.Şoltsun təşəbbüsü ilə görüş keçirildi. Görüş kifayət qədər müsbət qiymətləndirildi, normal mühitdə keçdi, prosesin davam etdirilməsinin vacibliyi qeyd edildi. Bundan dərhal sonra Fransa prezidenti açıqlama verdi, Fransa müdafiə naziri Ermrənistana gedərək təhrikedici açıqlamalar verdi. Bu addımlara baxanda görünür ki, bunlar məqsədli, planlı şəkildə müsbət istiqamətdə inkişafın qarşısını almaqdır. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bir çox mərkəzləri narahat edir", - deyə C. Bayramov bildirib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti