...

Ermənistanın havadarları sülh istəmir - Tural Gəncəliyev

Siyasət Materials 28 Fevral 2024 17:15 (UTC +04:00)
Ermənistanın havadarları sülh istəmir - Tural Gəncəliyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin son zamanlar ölkəmizə qarşı sərgilədiyi aqressiv erməni mövqeyini tutması və revanşist qüvvələrin alovlandırılması məsələsində bütün xətləri keçib.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T.Gəncəliyev vurğulayıb ki, Avropa Parlamentinin deputatları erməni lobbisinin, dünya erməni diaspor təşkilatlarının ciddi təzyiqi və təsiri altındadırlar.

"Onlar Azərbaycana qarşı məkirli qarayaxma bəyanatlarını artırırlar. Son zamanlar Avropa İttifaqının missiyası adı altında şərti Ermənistan-Azərbaycan sərhədinə göndərilən İttifaqının missiyasının ölkəmizə qarşı apardığı avantürist təxribat xarakterli addımlar, deputatlarının bəyanatları, ermənilərin silahlandırılması artıq heç kimdə şübhə doğurmur. Biz onların planlarının pozulduğunu və maskalarının yırtıldığını müşahidə edirik. Xüsusilə Avropa Parlamentinin Ermənistana dəstək verməsi regionda post-münaqişə dövründəki yaranmış vəziyyəti darmadağın etmək, regionu yenidən xaosa sürükləmək məqsədi güdür. Azərbaycana qarşı bu planların arxasında Fransanın rolunu açıq sezmək olur.

Ermənistanı guya təcavüz qurbanı kimi təqdim etmək cəhdləri ona dəlalət edir ki, Ermənistanda revanşizm qızışdırılır. Ermənistan bir obyekt kimi Avropa Parlamentinin gündəmini zəbt edib. Parlament öz gündəmini kənara qoyub ölkəmizə qarşı hücumlarla məşğuldur. Hazırda Avropa Parlamentində deputatların əksəriyyəti erməni diasporunun əlində oyuncağa çevrilib. Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Biz yalnız sülh istəyirik. Təəssüflər olsun ki, Ermənistanın havadarları sülhü istəmir", - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti