...

Azərbaycan islamofobiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir - Deputat

Siyasət Materials 12 Mart 2024 14:50 (UTC +04:00)
Azərbaycan islamofobiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Qərb ölkələrində islamofobiya, müsəlmanlara qarşı ayrıseçkilik daha geniş xarakter alıb və ciddi təhdidə çevrilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, islamofobiya yeni münaqişə ocaqlarının yaranmasına, günahsız insanların qətlə yetirilməsinə yol açır.

"İslamofobiya bəzi Avropa ölkələri tərəfindən məqsədli şəkildə yayılır və müsəlmanları gözdən salmağa çalışırlar. Bu ölkələr arasında Fransa xüsusi fəallıq göstərir və islamofobiyanın ən çox yayıldığı ölkələrdən biri də məhz Fransadır. Onların məqsədi islamı gözdən salmaq və öz çirkin siyasi maraqlarını təmin etməkdir.

Onlar islamofobiyanı dövlət siyasətinə çeviriblər. Bu, bəşəriyyətə qarşı olan bir addımdır. Demokratiyadan, insan hüquqlarından dəm vuran ölkələr beynəlxalq qanunları, insan hüquqlarının təməllərini ayaqlar altına atırlar. Onların bu addımları beynəlxalq konvensiyalara tamamilə ziddir”, - deyə o, əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan da islamofobiyadan ən çox əziyyət çəkən ölkələrdən bididir.

“Ermənistan islamofobiyanın ən çox yayıldığı ölkələrdən biridir. 30 il ərzində torpaqlarımızı işğal altıda saxladığı dövrdə ermənilər məscidlərə qarşı ən iyrənc hərəkətlər ediblər, 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər məscidlər isə yararsız hala salınıb. Azərbaycan islamofobiyaya qarşı mübarizədə mühüm töhfələr verir. 8-9 mart tarixlərində Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans islamofobiya ilə bağlı geniş və səmərəli müzakirələrin keçirilməsi üçün geniş imkanlar yaratdı. Konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonaq iştirak etdi və çox faydalı təkliflər irəli sürüldü”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti