...

Prezident İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq

Siyasət Materials 22 Aprel 2024 18:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Moskva. Trend:

Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

Xəbər lenti

Xəbər lenti