...

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşib

Siyasət Materials 23 May 2024 19:00 (UTC +04:00)
Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşib

Bakı. Trend:

Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti