Bakı. Trend:
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qurban Bayramı münasibətilə paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik
edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin!
Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl
əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər
və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və
xoşbəxtlik gətirsin!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"