...

Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafında yeni imkanlar açılır - Deputat

Siyasət Materials 15 İyul 2024 11:09 (UTC +04:00)
Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafında yeni imkanlar açılır - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində İslamabadda dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə çıxmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Azərbaycan ilə Pakistan arasnda münasibətlər möhkəm təməllər üzərində qurulub.

“Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. Ötən dövr ərzində iki ölkə arasında münasibətlər dinamik inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.

Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir. Bu gün Pakistanla Azərbaycan arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və qarşılıqlı maraqlar çərçivəsində dinamik inkişaf edir.

Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Pakistana səfəri bu əlaqələrin inkişafında yeni bir səhifə açacaq. Səfər çərçivəsində çox faydalı müzakirələr aparıldı və eyni zamanda Azərbaycan Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi keçirildi.

İqtisadiyyat, mədəniyyət, elm, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığa dair çox əhəmiyyətli sənədlər imzalandı. Bu sənədlər iki ölkə arasında hüquqi bazasının genişlənməsinə və ayrı-ayrı sahələr üzrə əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman səmərəli əməkdaşlıq mövcud olub.

“Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda daim bir-birinə dəstək göstərir və səmərəli əməkdaşlıq edir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti