...

Bu gün qlobal dünya üçün bir çox təhdidlər mövcuddur - Azər Qarayev

Siyasət Materials 19 Sentyabr 2024 20:35 (UTC +04:00)
Bu gün qlobal dünya üçün bir çox təhdidlər mövcuddur - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin sentyabrında Bakı şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-dən çox ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə "Qlobal Nəqliyyat Şəbəkələrinin Təhlükəsizliyinə Yönələn Müasir Çağırışlar" mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirildi. Tədbir beynəlxalq təhlükəsizliyə yönəlmiş təhdidlər və onların qarşısının alınması üçün ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkan oldu.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev bildirib ki, forumun açılış mərasimində Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciətində beynəlxalq təhlükəsizlik məsələlərinin müasir dünya üçün vacibliyini vurğulayaraq, qlobal nəqliyyat şəbəkələrinin qorunmasının yalnız ölkələrin deyil, bütövlükdə dünya iqtisadiyyatının təhlükəsizliyi üçün də həyati əhəmiyyət daşıdığını qeyd etdi.

Politoloq qeyd edib ki, müasir dünyada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib şərtdir. Bakıda baş tutan forumun beynəlxalq məsələlər ətrafında ortaq müzakirə platforması kimi rolu olduqca əhəmiyyətlidir.

"Bugün qlobal dünya üçün bir çox təhdidlər mövcuddur. Xüsusilə münaqişələr, enerji təhlükəsizliyinə yönələn addımlar daha ağır nəticələr yaradır. Enerji təhlükəsizliyini hədəf alan terror-təxribat aktları qlobal iqtisadi və ekoloji fəlakətlərə səbəb ola bilər. Bu cəhdlərin qarşısını yalnız beynəlxalq əlaqələrin və birgə fəaliyyətin gücləndirilməsi ilə almaq mümkündür".

A.Qarayev onu da əlavə edib ki, forum çərçivəsində müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri arasında mövzuya dair geniş müzakirələr aparıldı.

"Forumun yekununda, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi fəaliyyət göstərəcək Katibliyinin yaradılması təklifi iştirakçılar tərəfindən yekdilliklə dəstəkləndi. Bu forum, beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycana və Bakıya qlobal səviyyədə mühüm rol qazandırmaqla yanaşı, qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsində mühüm addımların atılmasına da şərait yaradır.

Müasir dövrdə dünyanın yenidən bölünməsi prosesi davam etdikcə, qlobal təhlükəsizliyin təmin edilməsi ön plana çıxır. Bu çətin şəraitdə hər bir ölkənin təhlükəsizliyinin necə qurulduğu vacib əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycanda təhlükəsizlik sistemi çox yüksək səviyyədə qurulub və Azərabycan nəyinki regionda, eyni zamanda dünyada təhlükəsiz bir məkana çevrilib. Bunun əldə edilməsi üçün hüquq-mühafizə orqanları, xüsusilə də təhlükəsizlik orqanları durmadan çalışırlar".

Xəbər lenti

Xəbər lenti