Moskva. Trend:
Azərbaycan bu gün qlobal gündəmi formalaşdırır.
Bunu Moskvada Trend-in sualını cavablandırarkən Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Azərbaycan jurnalistlərinə deyib.
“Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal beynəlxalq gündəliyi formalaşdırır. Qarşıdan gələn COP29 konfransı da Azərbaycanın nüfuzunun göstəricisidir. Dediyi, etdiyi, ən əsası həyata keçirdiyi söz əməldən uzaqlaşmır. Bu, müasir dünyanın böyük bir hissəsində böyük reaksiya ilə qarşılanır”, - deyə o bildirib.
Korotçenko qeyd edib ki, Azərbaycan nisbətən kiçik ölkə olsa da, İkinci Qarabağ müharibəsindəki qələbə sayəsində, 2023-cü il antiterror tədbirləri zamanı suverenliyin və ərazi bütövlüyünün bərpası sayəsində, irimiqyaslı qlobal enerji layihələrinin həyata keçirilməsi sayəsində, bu gün müasir dünyanın qlobal tendensiyalarını və beynəlxalq gündəmi müəyyən edən dövlətlər sırasındadır.
“Biz, əlbəttə ki, Rusiyanın böyük dostu, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi Prezident İlham Əliyevin Rusiyaya səfərini alqışlayırıq və tam əminik ki, çoxtərəfli və ikitərəfli formatda keçiriləcək sammit və danışıqlar uğurlu olacaq”, - deyə İ.Korotçenko bildirib.