...

Azərbaycan və BƏƏ: Qlobal hədəflərə yönəlmiş strateji tərəfdaşlıq

Siyasət Materials 13 Yanvar 2025 19:00 (UTC +04:00)
Azərbaycan və BƏƏ: Qlobal hədəflərə yönəlmiş strateji tərəfdaşlıq
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında olan tərəfdaşlıq – ümumi dəyərləri və meyilləri olan ölkələrin ən müxtəlif sahələrdə necə uğurla əməkdaşlıq edə bildiyinin bariz nümunəsidir. Biznesdən və ticarətdən tutmuş bərpaolunan energetika və iqlim təşəbbüslərinə kimi iki ölkə arasında sıx əməkdaşlıq formalaşıb və bu dinamik şəkildə inkişaf etməyə davam edir.

Son zamanlar Azərbaycanla BƏƏ arasında olan iqtisadi əməkdaşlıq nəzərəçarpan nəticələr göstərməkdədir. Belə ki, 2024-cü ilin yanvar ayından noyabr ayına kimi iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 88.92 milyon dollara çatıb. 2023-cü ildə bu göstərici, qeyri-maliyyə idxalı, ixarcı və təkrar-ixracı daxil olmaqla 1.6 milyar dollar təşkil edib.

İki ölkə arasında olan investisiyalar onların iqtisadi əlaqələrinin möhkəmləndiyini təsdiq edir. 2024-cü ilin ilk rübündə Azərbaycan BƏƏ iqtisadiyyatına 65,8 milyon dollar yatırıb ki, bu 2023-cü ilin anoloji müddəti ilə müqayisədə 2,9 dəfə çoxdur. Öz növbəsində, BƏƏ-nin Azərbaycana qoyduğu investisiyanın məbləği 190.7 milyon təşkil edib. Bu öncəki ilin göstəricilərindən 3.5 dəfə çoxdur.

Bütövlükdə BƏƏ Azərbaycan iqtisadiyyatına 3.2 milyard dollar yatırıb, Azərbaycanın BƏƏ-dəki investisiyası isə 1 milyar dollar təşkil edir. Bu göstəricilər iki ölkənin iqtisadiyyatları arasında qarşılıqlı etibarın və strateji tərəfdaşlığın olduğunu əks etdirir.

İqlim dəyişikliyi Azərbaycan və BƏƏ əməkdaşlığının ən vacib aspektlərindən birinə çevrilib. 2023-cü ildə keçirilmiş COP28 BƏƏ-ə irimiqyaslı beynəlxalq iqlim tədbirlərinin təşkili ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməsinə imkan verib.

Bu əməkdaşlıq Bakıya 2024-cü ildə Qafqazda ilk belə tədbir olan və Azərbaycanın qlobal iqlim gündəliyində artan rolunu vurğulayan COP29 konfransına hazırlaşmağa kömək edib.

Bununla əlaqədar, BƏƏ Azərbaycan və Braziliyanın daxil olduğu “Troyka” mexanizmi iqlim danışıqlarında davamlılığı və razılığı təmin edir. Bu qarşılıqlı fəaliyyət Azərbaycana iqlim təşəbbüsləri sahəsində beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün tərəfdaşlarının təcrübəsindən istifadə etməyə imkan verib.

COP29-un keçirilməsi ekoloji çağırışlara diqqət çəkmək və öz çözümlərini təqdim etmək, həmçinin dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı möhkəmləndirmək üçün Azərbaycan tərəfində unikal imkan yaradıb. “Troyka” mexanizmi iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini açıq-aşkar nümayiş etdirir.

Energetika Azərbaycan və BƏƏ arasındakı tərəfdaşlığın təməl daşı olaraq qalır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) neft-qaz sektorunda möhkəm əlaqələr qurub. Bununla yanaşı, xüsusi diqqət "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyən bərpa olunan enerji sahəsində birgə layihələrə yönəldilmişdir.

Azərbaycan 2030-cu ilədək elektrik enerjisinin 30%-ni bərpa olunan mənbələrdən istehsal etməyi hədəfləyir. Bu missiyada BƏƏ-də yerləşən “Masdar” şirkəti əsas rol oynayır. Adı çəkilən şirkət Qaradağ günəş elektrik stansiyası kimi layihələri gerçəkləşdirməkdədir. Gücü 230 MVt olan stansiya hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək karbon qazı emissiyasını 200 000 tondan çox azaldacaq. “Masdar” və SOCAR həmçinin, 2 GVt ümumi gücə malik dəniz külək enerjisi və hidrogen texnologiyaları sahəsində layihələri həyata keçirmək imkanlarını araşdırır.

Hər iki tərəf dayanıqlı inkişafa böyük önəm verir. Hal-hazırda BƏƏ-də keçirilən Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi (ADSW) “BƏƏ” və “Masdar”ın dəstəklədiyi qlobal təşəbbüsdür. Tədbirdə məqsəd iqtisadi, sosial və ekoloji sahələrdə tərəqqini sürətləndirməkdir. Forumda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

2023-cü ilin yanvar ayında Prezident İlham Əliyev ADSW-nın açılış mərasimində iştirak edib və BƏƏ-nin dayanıqlı inkişaf sahəsində əldə etdiyi böyük uğurlarını vurğulayıb:

"Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident, Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz - Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik".

Tədbirin gedişində dövlət başçısı Azərbaycanın bərpa olunan energetikanın inkişafı istiqamətində əldə etdiyi uğurları diqqətə çatdırıb:

“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.

Azərbaycan və BƏƏ arasında dinamik tərəfdaşlıq ortaq məqsəd və dəyərlərin səmərəli əməkdaşlığın əsasını necə təşkil edə biləcəyini nümayiş etdirir. Energetika, ticarət və iqlim təşəbbüsləri onların əlaqələrinin əsasını təşkil edir və davam edən yüksək səviyyəli dialoq ölkələrin istifadə olunmamış imkanları reallaşdırma istəyini vurğulayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ölkəyə həm Şərqin, həm də Qərbin hörmətini qazanmasına imkan verib. BƏƏ ilə sıx əlaqələr qarşılıqlı hörmət və ortaq məqsədlərin uzunmüddətli və məhsuldar tərəfdaşlığa necə yol aça biləcəyini nümayiş etdirən bu strategiyanın əyani sübutudur.

Xəbər lenti

Xəbər lenti