...

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il rekord sayda sərnişinə xidmət göstərib

İqtisadiyyat Materials 13 Yanvar 2025 11:16 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il rekord sayda sərnişinə xidmət göstərib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ildə 7,537 milyon sərnişinə xidmət göstərib.

Aeroportun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 31% çoxdur.

Qeyd olunub ki, il ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.

Bildirilib ki, beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130% artaraq 373,383 nəfərə çatıb.

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24% çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4% artaraq 728 min nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti