...

İsrail Yəmənə aid PUA-nı vurub

Dünya xəbərləri Materials 13 Yanvar 2025 11:44 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri Yəməndən buraxılmış pilotsuz uçan aparatı (PUA) vurub.

Trend xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hədəf İsrailin cənubunda səmada zərərsizləşdirilib, hava həyəcanı qaldırılmayıb.

Bu arada “The Times of Israel” öz hərbi mənbələrinə istinadla, zərərsizləşdirmə əməliyyatının İsrail hərbi hava qüvvələrinə m\xsus helikopter tərəfindən həyata keçirildiyini və dronun Qəzza bölgəsindən 10 kilometr aralıda yerləşən Neqev səhrası üzərində vurulduğunu yazır.

Dağıntılar və itkilər barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti