Bakı. Trend:
2024-cü ilin dekabr ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 5 milyon 662 min 465 nəfər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 1 milyon 904 min 850 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 3 milyon 757 min 615 nəfər təşkil edib.
2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 69 min 439 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 16 min 43 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 53 min 396 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5 faiz artaraq, 48 min 550 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 24 min 278, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 24 min 272 olub.
2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.