...

İranın cənubunda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 13 Yanvar 2025 13:23 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yerli vaxtla 11:45-də İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Behbəhan rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Trend-in xəbərinə görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, 4 yanvarda Xuzistan vilayətinin Məscid Süleyman rayonunda 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 200-dən çox evə ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti