Bakı. Trend:
Ötən il ərzində Rəqabət Məcəlləsinin tətbiqindən irəli gələn 21 normativ hüquqi akt layihəsi hazırlanıb.
Bu barədə Trend-ə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, bugünkü tarixədək onlardan 12-si təsdiq edilib.
"Hazırlanan sənədlər rəqabət inzibatçılığı, rəqabəti məhdudlaşdıran sazişlər, iqtisadi təmərküzləşmələr, təbii inhisar sahəsində dövlət tənzimləməsi, rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılma və digər sahələri əhatə etməklə, rəqabət qanunvericiliyinin tətbiqində səmərəliliyin artırılmasına istiqamətlənib", - məlumatda bildirilib.