...

Doğma yurduma qayıtdığım üçün yatmamışam - Cəbrayıl sakini

Cəmiyyət Materials 13 Yanvar 2025 07:01 (UTC +04:00)
Doğma yurduma qayıtdığım üçün yatmamışam - Cəbrayıl sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Doğma yurdum Cəbrayıla qayıtdığım üçün gecəni yatmamışam.

Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Elmira Aslanlı deyib.

Onun sözlərinə görə, 38 yaşında Cəbrayılı tərk etmək məcburiyyətində qalıb.

"İndi isə öz yurduma, öz evimə qayıdıram. Bütün ərazilərimiz azad edildikdən sonra doğma elimizi, obamızı gəzmişəm. Çox sevincliyəm", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti