...

Belçikada pensiya yaşının qaldırılmasına qarşı kütləvi tətillər başlayıb

Dünya xəbərləri Materials 13 Yanvar 2025 09:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikada sərt təqaüd islahatları ilə əlaqədar ümumilli tətillər başlayıb.

Trend xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Yanvarın 1-də Belçikada əmək təqaüdü yaşı 65-dən 66-ya qaldırılıb, 2030-cu ilə kimi isə 67 yaşa çatdırılması nəzərdə tutulur. Bundan başqa, sosial müavinət və təqaüdlərlə bağlı 3 milyard avroluq ixtisarların həyata keçiriləcəyi gözlənilir. Belçika hökumətinin bu qərarı dövlət və ictimai sektorun işçilərini hiddətləndirib.

20 minə yaxın müəllim işə çıxmaqdan imtina edib. Ümummilli tətilə ictimai nəqliyyat işçiləri, dəmiryolçular, hava limanının əməkdaşları, təhlükəsizlik xidmətinin əməkdaşları, yük maşını sürücüləri, həbsxana nəzarətçiləri, poçt işçiləri, yanğınsöndürənlər də qoşulub.

Yerli telekanalların bildirdiyinə görə, 24 saatlıq kütləvi tətillə əlaqədar bazar ertəsi paytaxt Brüsseldə faktiki olaraq ictimai nəqliyyat işləməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti