Bakı. Trend:
2024-cü ilin dekabr ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 11 milyon 512 min 96 nəfər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 6 milyon 717 min 620 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 4 milyon 794 min 476 nəfər təşkil edib.
2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 161 min 487 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 84 min 815 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz artaraq, 76 min 672 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7 faiz artaraq, 78 min 254 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 45 min 201, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 33 min 53 olub.
2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.