Bakı. Trend:
Türkiyədə 2013-cü il "Reyhanlı" terror aktını həyata keçirmiş şəxslərdən biri həbs olunub.
Trend xəbər verir ki, bu haqda "Anadolu" xəbər agentliyi məlumat yayıb.
Onlarla insanın ölümü ilə nəticələnmiş terror hücumuna görə həbs olunan şəxsin Məhəmməd Dib Koralı olduğu deyilir. Onun Türkiyə polisi və kəşfiyyat xidmətinin Suriyada birgə keçirdiyi əməliyyat nəticəsində tutulduğu və sonrada Hatay vilayətinin polis idarəsinə təhvil verildiyi bildirilir.
Xatırladaq ki, 11 may 2013-cü ildə Hatayın Reyhanlı rayonunda törədilmiş iki ayrı partlayış nəticəsində 53 nəfər həlak olmuş, xeyli sayda insan yaralanmışdı.