Bakı. Trend:
“Az adam bilir ki, Ermənistanda faşist ideologiyasına tarixi iddialarını olduqca fəal şəkildə bəyan edirdilər”: VMedia Youtube kanalının yeni videosunun əvvəli lap başdan maraq yaradır https://www.youtube.com/watch?v=YCuwqOKzjlw&feature=youtu.be
Xüsusilə, söhbət Daşnak Ermənistanının (1918–1921) sonuncu baş naziri Simon Vratsyanın bəyanatlarından gedir. O, Parisdə nəşr olunan daşnak jurnalı “Droşak” (“Bayraq”) səhifələrində Benito Mussolinini təbliğ etdiyi faşizm ideyalarının plagiat olduğunda günahlandırmışdı. Yəni Mussolininin bu ideyaları “Daşnaksütyun” partiyasının proqramından götürdüyünü iddia etmişdi.
Eyni zamanda, VMedia vurğulayır ki, əgər 1926-cı ildə dünya hələ faşizmin nə olduğunu bilmirdisə və erməni cəmiyyətində belə şübhəli "müəllif hüquqlarına" iddia etməyin məqsədəuyğunluğu tam başa düşülmürdüsə, müasir Ermənistanda faşistlərlə bağlı tarixi fiqurlar ətrafında formalaşmış kultu heç cürə əsaslandırmaq mümkün deyil.
SSRİ-nin dağılmasından sonra müasir Ermənistanda Qaregin Njde ətrafında böyük bir kult formalaşdırılıb, 2004-cü ildən etibarən isə "njdeizm" Ermənistanda rəsmi ideologiya olaraq elan edilib.
İkinci Dünya Müharibəsi zamanı SD-nin pullu agenti kimi xidmət etmiş Qaregin Njde erməni nasist ideologiyası olan "tsexakronizmin" əsasını qoyan şəxs hesab olunur. Ermənistanda bu ideologiya utandırıcı "qəbiləpərəstlik" kimi adlandırılsa da, bu, onun mahiyyətcə faşist ideologiyası olmasını dəyişmir. Ermənistanın hakim Respublikaçı Partiyası hətta Njdedən və onun ideyalarından bəhs edən təbliğat kitabçası hazırlayıb və nəşr edib. Filmdə bu kitabçanın müəllifi, Muşviq Lalayanən sözləri sitat gətirilir. O, əslində, "tsexakron" ideologiyasının nasizm və faşizmdən daha əvvəl meydana çıxması iddiasını irəli sürüb.
“Yəqin ki, elə buna görə Ermənistanın birinci prezidenti insanlığa qarşı ağır cinayətləri ‘erməni arzusu’ kimi dəyərləndirirdi. İkinci prezident Robert Köçəryan ermənilərlə azərbaycanlıların ‘genetik uyğunsuzluğundan’ bəhs edirdi. Üçüncü prezident Serj Sarkisyan isə Xocalı qətliamında – soyqırımında – şəxsi iştirakını lovğalanaraq etiraf edirdi. İndiki baş nazir Nikol Paşinyan isə hər vasitə ilə çabalayaraq Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına mane olmağa çalışır” – VMedia-nın filmində vurğulanır.