...

Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin yaranmasına yol açacaq – ŞƏRH

Siyasət Materials 23 Aprel 2025 15:42 (UTC +04:00)
Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin yaranmasına yol açacaq – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi müşahidə olunur. Prezident İlham Əliyevin Çinə səfəri, bütövlükdə görüşlər dostluq şəraitində keçirildi. Çin sədrinin Azərbaycan Prezidentini özünün və bütövlükdə Çin xalqının dostu adlandırması həm dövlət başçısının nüfuzuna, həm də ölkəmizə verilən xüsusi qiymətdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər strateji əhəmiyyət daşıyır:

“Bununla bağlı Anlaşma da var. Bu da həm ticarət dövriyyəsində, həm iqtisadi əlaqələrdə özünü göstərir. Biz praktiki olaraq son illər iki ölkə arasında ticarət dövriyyəsinin artmasını müşahidə edirik. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 21 faizə yaxın artaraq 3 milyard 744 milyon dollar olub. Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir, idxalda ən böyük paya malik ölkədir. Biz ölkələr arasında həm ticari, həm də iqtisadi əlaqələrin ciddi şəkildə dərinləşməsini müşahidə edirik. Çin və Azərbaycan fərqli beynəlxalq platformalarda əməkdaşlıq edir, bu əməkdaşlıq həm də regional sülhə bir dəstəkdir. Azərbaycan Asiyada etimadın qurulmasına həmin təşkilatar çərçivəsində öz töhfəsini vermiş olur”.

Millət vəkili əlavə edib ki, vacib istiqamətlərdənn biri nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır:

“Azərbaycan və Çin arasında Orta Dəhliz çərçivəsində əməkdaşlığın güclənməsi, dərinləşməsi müşahidə olunmaqdadır. Çin və Azərbaycan arasında xüsusən də yükdaşımaların ötən il 80 faizdən çox artması da onu göstərir ki, ölkələr arasında Orta Dəhliz və Şərq-Qərb Nəqliyyat Dəhlizi vasitəsilə ciddi bir əməkdaşlıq qurulub. Azərbaycanda da nəqliyyat və logistika sahəsindəki inkişaf, elektron xidmətlərdən istifadə edilməsi də bütövlükdə bu nəqliyyat dəhlizin region üzərində uğurla reallaşdırılması mənasına gəlir”.

Deputat vurğulayıb ki, Azərbaycanın regional layihələr və o cümlədən, Orta Dəhlizin reallaşmasında xüsusi rolu var.

“Eyni zamanda, Çin şirkətlərinin Azərbaycan bazarına marağının artdığınım müşahidə edirik. Həmçinin, Azərbaycan iş adamları da Çinə məhsul göndərməkdə maraqlıdırlar. O baxımdan, Prezident İlham Əliyevin səfəri iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələnin yaranmasına imkan yaradacaq”, - deyə V.Bayramov qeyd edib.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Trend-ə açıqlamasında deyib ki, Azərbaycan və Çin arasında diplomatik münasibətlər yeni mərhələyə qədəm qoyub:

“İki ölkə liderinin son görüşü ikitərəfli əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətli addım oldu. Çin sədri Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü dostluq və səmimilik şəraitində keçdi, bu da ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Görüş zamanı əldə olunmuş ən mühüm nəticələrdən biri yeni bəyanatın qəbul edilməsi oldu. Bu bəyanat əsasında Azərbaycan-Çin münasibətləri artıq hərtərəfli tərəfdaşlıq xarakteri daşımağa başlayır. Bu, əvvəlki strateji tərəfdaşlıq səviyyəsindən bir pillə irəli gedərək, münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə yol açır.

Deputat əlavə edib ki, dövlət başçılarının görüşündə Orta dəhlizin əhəmiyyəti xüsusi vurğulandı:

“Çin ilə Avropa arasında nəqliyyat daşımalarında Azərbaycanın rolunun artması və ölkəmizdə real infrastrukturun yaradılması məmnuniyyətlə qeyd olundu. Çin şirkətlərinin bu sahədə artan fəaliyyəti ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdiyini göstərir. Eyni zamanda, bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə edildi. Çin şirkətlərinin həm qiymət, həm də keyfiyyət baxımından dünya enerji bazarında rəqabətqabiliyyətli olması və Çinin bu sahədəki nailiyyətlərinin Azərbaycanda tətbiqi perspektivləri müsbət qiymətləndirildi.

N.Həmzəyev qeyd edib ki, Azərbaycan Çinin təşəbbüskarı olduğu qlobal təhlükəsizlik, inkişaf və qlobal sivilizasiyalar təşəbbüsünü, eləcə də, “insaniyyətin vahid taleyi” kimi konsepsiyaları dəstəkləyir.

“Azərbaycan və Çin arasındakı bu yüksək səviyyəli görüş və əldə olunan razılaşmalar göstərir ki, iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hərtərəfli tərəfdaşlıq formatı, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın genişlənməsi, eləcə də, beynəlxalq təşkilatlarda birgə fəaliyyət Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməl yaradır”, - deyə deputat fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti