...

Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb

İdman Materials 23 Aprel 2025 18:50 (UTC +04:00)
Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Əhməd Yusifov Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Trend xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə ispaniyalı üçqat qitə çempionu Fransisko Qarriqosu məğlub edib. Bu, yığmanın hazırkı turnirdə ilk medalı olub.

Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Turan Bayramov (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Könül Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) yarışı medalsız başa vurublar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti