...

Hollivud aktrisası dünyanın ən gözəl insanı seçildi

Dünya xəbərləri Materials 23 Aprel 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hollivud aktrisası Demi Mur dünyanın ən gözəl insanlarının siyahısına başçılıq edir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, siyahını hər il olduğu kimi “People” dərgisi dərc edib.

Məlumata görə, 62 yaşlı aktrisa dərginin son buraxılışının üz qabığının əsas siması olub.

Demi Mur (tam adı: Demi Gene Guynes) — amerikalı aktrisa, prodüsser və ssenaristdir. O, 11 noyabr 1962-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatının Rosuell şəhərində anadan olub. Demi Mur 1990-cı ildə çəkilmiş "Ghost" (Ruh) filmi ilə beynəlxalq şöhrət qazanıb və bu rolu ona "Qızıl Qlobus" mükafatına namizədlik gətirib.

O, həmçinin "Indecent Proposal", "G.I. Jane" və "Disclosure" kimi filmlərdəki rolları ilə də tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti