...

Birinci rübdə dövlət sektorunun ixracda payı artıb

İqtisadiyyat Materials 23 Aprel 2025 17:22 (UTC +04:00)
Birinci rübdə dövlət sektorunun ixracda payı artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan məhsul ixracının həcmi 6,4 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, dövlət sektorunun ixracda payı 3 milyard ABŞ dolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 96 milyon ABŞ dolları, yaxud da 3,3% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan dövlət sektoru tərəfindən 2,9 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti