...

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya səfər edəcək

İdman Materials 23 Aprel 2025 18:44 (UTC +04:00)
Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya səfər edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç aprelin 24-də Bakıya səfər edəcək.

Azərbaycan Voleybol Federasiyasından Trend-ə bildirilib ki, CEV prezidenti aprelin 24-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində CEV rəhbəri ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti