...

Avropa Komissiyası "Apple" və "Meta"nı cərimələdi

Dünya xəbərləri Materials 23 Aprel 2025 20:42 (UTC +04:00)
Avropa Komissiyası "Apple" və "Meta"nı cərimələdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası “Apple” və “Meta” kimi informasiya texnologiyaları nəhənglərini antiinhisar qanunvericiliyini pozduqları iddiası ilə cərimələmək qərarına gəlib. Onlara müvafiq olaraq 500 milyon avro və 200 milyon avro həcmində cərimə təyin olunub.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Bu gün Avropa Komissiyası “Apple”ın Rəqəmsal Bazarlar haqqında Qanun (DMA) üzrə götürülən öhdəliklərini pozduğunu müəyyən edib.

“Meta” şirkəti isə DMA-nın tələblərini pozaraq istehlakçılara daha az şəxsi məlumat istifadə edən xidmətlər arasında seçim imkanı vermək öhdəliyini yerinə yetirməyib. Bu səbəbdən Avropa Komissiyası "Apple" və "Meta" şirkətlərinə müvafiq olaraq 500 milyon avro və 200 milyon avro cərimə tətbiq edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti