Bakı. Trend:
Qazaxıstan və Azərbaycan nəqliyyat logistikası sahəsində əməkdaşlığı artırır.
Trend xəbər verir bunu Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin Dəniz Limanları İdarəsinin rəhbəri Jasulan Kerimbayev Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının IV iclasında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan arasında nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığı artıq yeni mərhələyə qədəm qoymaqdadır. Son üç il ərzində infrastrukturun müasirləşdirilməsi və marşrutun buraxıcılıq qabiliyyətinin artırılması üzrə fəal işlər aparılıb ki, bu da artıq öz nəzərəçarpan nəticələrini verir.
J. Kerimbayev vurğulayıb ki, Qazaxıstanın nəqliyyat strategiyasının prioritetlərindən biri də beynəlxalq logistika standardlarına cavab verən konteyner daşımalarıdır. Belə ki, təkcə ötən il marşrutun Qazaxıstan hissəsi üzərindən Çindən göndərilən 358 konteyner qatarı keçib, 2024-cü ildə bu rəqəmin 600-ü ötəcəyi gözlənilir.
