Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Böyük Xocavar kəndi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
FHN-in Mətbaut xidmətindən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 460 m² olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. və evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20kv.m. sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
