...

Çin şirkəti ilə "Böyükşor" üzən günəş elektrik stansiyasının istismar işləri həyata keçiriləcək

İqtisadiyyat Materials 23 Aprel 2025 12:13 (UTC +04:00)
Çin şirkəti ilə "Böyükşor" üzən günəş elektrik stansiyasının istismar işləri həyata keçiriləcək
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında müqavilə imzalanıb.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədə görə Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsinə müvafiq olaraq yaradılacaq layihə şirkəti vasitəsilə texniki-iqtisadi əsaslandırma, layihələndirmə, maliyyələşdirmə, tikinti, istismar və texniki xidmət işləri həyata keçiriləcək.

“China Datang Overseas Investment Co. Ltd” şirkəti əsas investor kimi çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Bildirilib ki, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti