...

Polşa Ukraynaya qoşun göndərmək istəyən ölkələrə dəstək verəcək

Dünya xəbərləri Materials 23 Aprel 2025 20:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Ukraynaya qoşun göndərməyəcək, lakin bunu etmək istəyən NATO ölkələrini dəstəkləyəcək.

Trend xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə seymdəki çıxışında deyib. “Bəzi ölkələr öz qoşunlarını Ukraynaya göndərməyi düşünür. Biz qoşun göndərməyəcəyik, lakin dəstək missiyasını təmin edəcəyik”, - deyə nazir bildirib.

Qərbin hərbi dəstəyinin 90 faizdən çoxunun Polşanın Jеşuv şəhərindəki Jasionka hava limanı vasitəsilə Ukraynaya çatdırıldığını xatırladan Radoslav Sikorski Polşa olmadan Ukraynaya yardım göstərməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın martın 27-də keçirilən Paris sammitindən sonra bəzi ölkələrin Ukraynaya “çəkindirici qüvvələr” göndərməyi planlaşdırdığını bildirib.

Xəbər lenti

Xəbər lenti