...

2025-ci ildə əkin sahələrinə hektara 400 manatadək subsidiya ödənilməsi nəzərdə tutulur – Nazir müavini

İqtisadiyyat Materials 23 Aprel 2025 11:57 (UTC +04:00)
2025-ci ildə əkin sahələrinə hektara 400 manatadək subsidiya ödənilməsi nəzərdə tutulur – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar sığortanın əhatə dairəsi ilbəil genişlənir, sığorta ilə əhatə olunan fermerlərin sayı artır. Təkcə ötən il 446.8 min hektar sahə sığortalanıb, 6.4 milyon manatdan çox sığorta/zərər ödənişləri edilib.

Trend xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində bu gün keçirilən “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, müasir suvarma sistemlərinin dəstəklənməsi üçün avadanlıqların 40% güzəştli satışı ilə yanaşı, müasir suvarma sistemlərinin tətbiqinə görə 2025-ci ildən 60 manat/ha əlavə subsidiya ödənilir.

“İşğaldan azad edilmiş ərazilər üzrə isə birmənalı olaraq müasir suvarmanın tətbiqi daha yüksək əmsalla dəstəklənir. Belə ki, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə görə hektara 400 manat, digər ərazilərə görə isə hektara 140 manat subsidiya ödənilməsi nəzərdə tutulur”, - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti