Bakı. Trend:
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, onlardan balıqovlama alətləri və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.