...

İstilik təchizatı sektorunda yeni ödənişlər təyin edilir

Cəmiyyət Materials 23 Aprel 2025 14:00 (UTC +04:00)
İstilik təchizatı sektorunda yeni ödənişlər təyin edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə, həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri “Tənzimlənən qiymətlər haqqında” Qanuna uyğun olaraq tənzimlənəcək.

Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək. Tənzimləyici bu qiymətləri monitorinq edəcək.

Təbii inhisar subyektləri tərəfindən təqdim edilən qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunacaq.

İstilik təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu qanunda nəzərdə tutulan qaydaya uyğun olaraq hesablanacaq (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).

İstilik enerjisinin istehsalçıları, paylayıcıları və satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Bu tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

2028-ci il iyulun 1-dək istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti