Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentliklərinin Rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçirilə bilər.
Trend xəbər verir ki, bunu TDT baş katibi Kubanıçbek Ömüraliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin Rəhbərlərinin 4-cü İllik Toplanatısında bildirib.
“Gündəmdə olan başqa bir məsələ - bizim növbəti toplantı ilə bağlıdır. Adətən o əlifba sırası ilə keçirilir. Bu il o Qazaxıstanda keçirilməli olsa da, azərbaycanlı həmkarlarımız onun Bakıda keçirilməsini xahiş etmişdilər.
Ümidvarıq ki, 2026-cı ildə toplantı Qazaxıstanda kçiriləcək və daha sonra biz bunu qazaxıstanlı dostlarımızın dilindən də eşidəcəyik” ,- deyə o bildirib.
Ömüralıyev eyni zamanda, gələn il 77-ci Beynəlxalq Astrononik Konqresin oktyabr ayında Antalyada təşkil olunacağını diqqətə çatdırıb.