...

Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb - AMB

İqtisadiyyat Materials 23 Aprel 2025 10:16 (UTC +04:00)
Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, 2025-ci ilin mart ayında 12 aylıq inflyasiya 5.9% olub ki, bu da inflyasiya proqnozuna uyğun dinamikadır. Bu dövrdə illik qiymət artımı ərzaq malları üzrə 6.5%, qeyri-ərzaq malları üzrə 2.8%, xidmətlər üzrə isə 7.5% təşkil edib. İllik baza inflyasiya isə 4.5% olub.

"Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin martında əmtəə qiymətləri indeksi aylıq 2.7% azalıb, illik isə 2.6% artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin martında ötən ilin eyni ayına nəzərən 9.6% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 1.8% möhkəmlənib", - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti