...

Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır - Çinli ekspert

Siyasət Materials 23 Aprel 2025 10:11 (UTC +04:00)
Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır - Çinli ekspert
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Pekin. Trend:

Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır.

Trend xəbər verir ki, bunu Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun Amerika tədqiqatları şöbəsinin köməkçi tədqiqatçısı Kan Cie Pekində jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycan Orta Dəhlizin gerçəkləşdirilməsində mühüm rol oynayır. Mən Bakı Limanında oldum və rəqəmsal logistika zəncirində modernləşmənin səviyyəsi və onun imkanlarına heyran qaldım”, – deyə o bildirib.

Onun sözlərinə görə, qlobal ticarət müharibəsi fonunda Orta Dəhlizin inkişafı çərçivəsində Çin və Azərbaycan arasında əməkdaşlığın genişlənməsi üçün imkanlar getdikcə daha da artacaq.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən Çini Avropa ilə birləşdirən daha uzun dəniz yollarından yan keçən quru yoludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti