...

Intel korporasiyası işçilərinin 20%-dən çoxunu ixtisar etməyə hazırlaşır

Dünya xəbərləri Materials 23 Aprel 2025 08:35 (UTC +04:00)
Intel korporasiyası işçilərinin 20%-dən çoxunu ixtisar etməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin texnologiya nəhəngi “Intel” bu həftə işçilərinin 20 faizdən çoxunu ixtisar edəcəyini açıqlamağa hazırlaşır.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ixtisarların əsas məqsədi şirkətdəki bürokratik yükü azaltmaq, idarəetməni sadələşdirmək və daha çox diqqəti mühəndislik və texnoloji yeniliklərə yönəltməkdir.

Qeyd olunur ki, “Intel” ötən il də oxşar addım ataraq 15 minə yaxın işçisini ixtisar etmişdi. 2024-cü ilin sonuna şirkətin əməkdaşlarının ümumi sayı 108,9 min nəfər təşkil edib.

Hazırkı ixtisarlar, mart ayında Lip-Bu Tanın “Intel”in baş direktoru vəzifəsinə keçməsindən sonra həyata keçiriləcək ilk kadr dəyişiklikləridir. Yeni rəhbərliyin bu qərarı şirkətin strukturunun yenidən qurulması və daha effektiv fəaliyyət modeli qurmaq niyyətindən xəbər verir.

Xəbər lenti

Xəbər lenti