...

Maykl Cordan bütün dövrlərin ən yüksək gəlir əldə edən idmançısı seçilib

Dünya xəbərləri Materials 23 Aprel 2025 06:28 (UTC +04:00)
Maykl Cordan bütün dövrlərin ən yüksək gəlir əldə edən idmançısı seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keçmiş basketbol ulduzu Maykl Cordan bütün dövrlərin ən yüksək gəlir əldə edən idmançılar siyahısında birinci yerə layiq görülüb.

Trend xəbər verir ki, bu barədə “Sportico” portalı məlumat yayıb.

Reytinqin hazırlanması zamanı yalnız idman müqavilələri deyil, həmçinin bonuslar, pul mükafatları, reklam gəlirləri və digər kommersiya fəaliyyətləri də nəzərə alınıb.

Məlumata görə, M.Cordanın ümumi gəliri 4,15 milyard dollar təşkil edib. Onu 2,79 milyard dollarlıq gəlirlə məşhur amerikalı qolfçu Tayqer Vuds izləyir.

İlk üçlüyü 2,23 milyard dollarla portuqaliyalı futbol superulduzu Kriştianu Ronaldu tamamlayır.

Xəbər lenti

Xəbər lenti