Bakı.Trend:
ABŞ Ədliyyə Nazirliyi ictimai təşkilatlara və yerli hakimiyyət orqanlarına ayrılan yüzlərlə qrantı, o cümlədən silahlı zorakılığa qarşı profilaktika, cinayət qurbanlarının qorunması və narkotik vasitələrə alüdəçiliklə mübarizə üzrə proqramların maliyələşməsini ləğv edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər əldə etdiyi dövlət sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyinin əməkdaşlarına ünvanlanmış elektron məktubda qeyd olunur ki, ləğv olunmuş qrantlar uzun sürən yoxlamalardan sonra müəyyən edilib və onların ABŞ administrasiyasının prioritetlərinə uyğun gəlmədiyi təsdiq olunub. İxtisar edilən vəsaitlərin daha prioritet tapşırıqlara o cümlədən “zorakı xarakterli cinayətlarla mübarizə, insan alveri və cinsi zorakılıq qurbanlarının qorunması” kimi proqramlara yönləndiriləcəyi bildirilir.