...

Çin Xalq Respublikasında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 23 Aprel 2025 07:00 (UTC +04:00)
Çin Xalq Respublikasında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Pekin. Trend.

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi keçirilib.

Trend xəbər evrir k, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Çin nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti