...

Dioqo Kosta “Portu”dan ayrılmaq istəyir

İdman Materials 23 Aprel 2025 07:54 (UTC +04:00)
Dioqo Kosta “Portu”dan ayrılmaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliya millisinin və “Portu” klubunun qapıçısı Dioqo Kosta klubunu dəyişmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə “Mercato” nəşri xəbər yayıb.

25 yaşlı qolkiper İngiltərə Premyer Liqasında, xüsusilə də “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyir. Futbolçu artıq bu transferə “yaşıl işıq” yandırıb.

Qeyd edək ki, Dioqo Kostanın “Portu” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, 2019-cu ildən bəri Portuqaliya klubunun əsas heyətində çıxış edir və son illərdə həm yerli çempionatda, həm də beynəlxalq arenada parlaq oyun nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti