...

Almaniya məhkəməsi BND-nin COVID-19-un mənşəyi ilə bağlı məlumatları açıqlamasını rədd edib

Dünya xəbərləri Materials 23 Aprel 2025 06:05 (UTC +04:00)
Almaniya məhkəməsi BND-nin COVID-19-un mənşəyi ilə bağlı məlumatları açıqlamasını rədd edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Leypsiq Federal İnzibati Məhkəməsi Federal Kəşfiyyat Xidmətindən (BND) koronavirusun laboratoriya mənşəyi ilə bağlı məlumatların açıqlanması tələbinə rədd cavabı verib.

Trend xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Məhkəmənin qərarında bildirilir ki, BND-nin belə məlumatları təsdiqləməsi və ya inkar etməsi “xidmətin funksionallığını poza və Almaniyanın xarici siyasət maraqlarına zərər verə bilər”. Hakimlər həmçinin vurğulayıblar ki, bu cür məlumatlar BND-nin kəşfiyyat mənbələri və fəaliyyət üsulları barədə nəticə çıxarmağa şərait yarada bilər.

Nəşriyyatın hökumətlə əlaqəli virusoloqun dövlət təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılıb-yoxlanılmadığını öyrənmək tələbi də “məlumatların qorunması ilə bağlı narahatlıqlar” səbəbilə məhkəmə tərəfindən təmin edilməyib.

Qeyd edək ki, bu qərar ABŞ-də koronavirusun mənşəyi ilə bağlı müzakirələrin intensivləşdiyi dövrə təsadüf edir. Ağ Ev bu məqsədlə xüsusi internet səhifəsi yaradıb. ABŞ Konqresinin alt komitəsi də iki illik araşdırmadan sonra pandemiyanın Vuhandakı laboratoriyadan yayıldığı qənaətinə gəlib.

Xəbər lenti

Xəbər lenti