...

“Cargo Dragon” Beynəlxalq Kosmik Stansiyaya ərzaq dolu yük çatdırdı

Dünya xəbərləri Materials 23 Aprel 2025 06:46 (UTC +04:00)
“Cargo Dragon” Beynəlxalq Kosmik Stansiyaya ərzaq dolu yük çatdırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“SpaceX” şirkətinə məxsus “Cargo Dragon” yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla yan alıb.

Trend-in “SpaceNews”a istinadla verdiyi məlumata görə, bu uçuş planlı olsa da, bəzi dəyişikliklər zəruri olub.

Belə ki, NASA-nın stansiyaya növbəti tədarükü həyata keçirməli olan “Cygnus” yük gəmisi start meydançasına daşınma zamanı zədələndiyi üçün uçuşu payıza qədər təxirə salınıb. Bu səbəbdən BKS ekipajının ərzaqla təminatı prioritet məsələyə çevrilib.

“Cargo Dragon” bu dəfə stansiyaya ümumilikdə 3021 kiloqramlıq yük çatdırıb. Bu yükün 1468 kiloqramı ekipaj üçün nəzərdə tutulub və əvvəlki missiyalarla müqayisədə daha böyük həcmdədir. Qeyd edək ki, 2023-cü ilin noyabrında həyata keçirilən SpX-31 missiyası ilə 961 kq, 2024-cü ilin martında baş tutan SpX-30 missiyası ilə isə cəmi 545 kq yük çatdırılmışdı.

Yüklər arasında ərzaqla yanaşı su və nəfəs almaq üçün oksigen ehtiyatları da var. Bu tədarük ekipajın rahatlığı və təhlükəsizliyi üçün mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti