...

ABŞ-nin maliyyə dəstəyini azaltması ÜST-ü büdcə böhranına sürükləyib

Dünya xəbərləri Materials 23 Aprel 2025 08:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin azaldılması təşkilatın büdcəsində ciddi kəsir yaradıb.

Trend-in məlumatına görə, bu barədə “Agence France-Presse” (AFP) təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusa istinadla xəbər yayıb.

ÜST rəhbəri qeyd edib ki, ABŞ-nin 2024 və 2025-ci illər üçün qiymətləndirilmiş üzvlük ödənişlərindən imtinası və digər bəzi ölkələrin rəsmi inkişaf yardımını azaltması nəticəsində təşkilat 2026-2027-ci illər üçün 560 milyon dollardan 650 milyon dollara qədər əmək haqqı çatışmazlığı ilə üz-üzə qalıb.

Yaranmış maliyyə böhranı səbəbindən ÜST bəzi proqramlarını ixtisar etmək və əməkdaşlarının bir qismini işdən çıxarmaq məcburiyyətində qalıb. Təşkilatın gələcək fəaliyyətlərinin davamlılığı üçün əlavə maliyyə mənbələrinin tapılması zərurəti gündəmə gəlib.

Xəbər lenti

Xəbər lenti