Bakı. Trend:
Geodeziya və Xoreoqrafiya Agentliyi tərəfindən Dünya geodeziya koordinasiya sistemi və G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib.
Trend xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasında çıxışı zamanı deyib.
General-leytenant bildirib ki, Azərbaycan rəqəmsal ordu konsepsiyası ilə bağlı ciddi addımlar atıb:
“Bu prosesdə rəqəmsal xəritələr əsas məsələlərdən biridir. Coğrafi informasiya sisteminin yaradılması isə bu günün tələbidir.
Bu coğrafi sistemlərlə birlikdə TDT-nin bu sahədə işləri birləşdirməsi böyük əhəmiyyət daşıyır. Vahid standartlara malik xəritələrin tətbiqi danılmazdır. Bu, TDT-nin ortaq mənafeləri ilə bağlı əsas istiqamətlərdən biridir”.
