...

Azərbaycanın Ukraynaya göndərdiyi enerji avadanlıqlarından ibarət humanitar yardım təhvil verildi (FOTO)

Siyasət Materials 13 Fevral 2026 03:57 (UTC +04:00)
Azərbaycanın Ukraynaya göndərdiyi enerji avadanlıqlarından ibarət humanitar yardım təhvil verildi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Ukraynaya göndərilən enerji avadanlıqlarından ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev “X” sosial media hesabında paylaşım edib.

S. Mərdəliyevin sözlərinə görə, Ukraynanın Bakıdakı səfiri Yuri Qusev və Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnikin iştirakı ilə müvafiq avadanlıqlar İrpin şəhərinə təhvil verilib.

Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnik də sosial media hesabında paylaşım edərək göstərilən yardıma görə Azərbaycana təşəkkür edib. “Bu, xalqlarımız arasındakı həqiqi həmrəyliyin nümunəsidir”, – deyə o vurğulayıb.

Kalaşnik qeyd edib ki, Azərbaycan regionun bərpasında uzunmüddətli və etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, artıq İrpində bir sıra mühüm layihələr həyata keçirilib, o cümlədən Zərifə Əliyeva adına 12 nömrəli məktəb bərpa edilib, mərkəzi şəhər xəstəxanası yenilənib, təhsil və ictimai məkanlarda infrastruktur layihələri icra olunub. Dövlətlərarası və regionlararası tərəfdaşlıq çərçivəsində yeni layihələr üzərində işlərin davam etdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti