...

FƏZİLƏT PARTİYASI TƏSİS OLUNDU, GÜNDÜZ HACIYEV SƏDR SEÇİLDİ

Siyasət Materials 20 İyun 2005 16:28 (UTC +04:00)

İyunun 20-də axşam saatlarında Fəzilət Partiyasının təsis qurultayı başa çatıb. Trend in məlumatına görə, qurultay iştirakçılarının yekdil qərarına əsasən partiyanın yaradılması elan olunub. Müzakirələrdən sonra Fəzilət Partiyasının Məramnaməsi və Nizamnaməsi qəbul edilib.

Nizamnaməyə partiyanın Ali Məclisinin və Siyasi Şuranın yaradılması qaydaları, partiya rəhbərinin iki dəfədən artıq sədr seçilməməsi prinsipi və digər mühüm qərarlar daxil edilib.

Qurultayda partiya sədrliyinə Gündüz Hacıyevin və Mirmehdi Dərafərinin namizədliyi irəli sürülüb. Lakin Mirmehdi Dərafəri sonradan öz namizədliyini geri götürüb və Gündüz Hacıyev alternativsiz seçkidə iştirak edib. Qurultay iştirakçılarının yekdil qərarı ilə G.Hacıyev Fəzilət Partiyasının sədri seçilib. Sonra sədrin təqdimatı ilə M.Dərafəri sədrin birinci müavini seçilib. Rəhbər şəxslərin seçkisindən sonra Mərkəzi Nəzarət Təftif Komissiyası (MNTK) formalaşdırılıb, bura 3 nəfər üzv seçilib. Rüstəm Əliyev MNTK-nın sədri təyin olunub.

Seçkilərdən sonra cari və texniki məsələlərə baxılıb, Azərbaycan xalqına müraciət qəbul edilib. Seçki ilə bağlı müzakirələrdən sonra qərar verilib ki, Fəzilət partiyası bu il keçirilək parlament seçkisində iştirak etsin. Sonra qərara alınıb ki, partiya sədri G.Hacıyevin namizədliyi İmişli rayonu 79 saylı seçki dairəsindən irəli sürülsün.

Xəbər lenti

Xəbər lenti