...

ELMAR HÜSEYNOV FONDU PLANLAŞDIRDIĞI PİKETİ TƏXİRƏ SALIB

Siyasət Materials 28 İyun 2005 13:49 (UTC +04:00)

Elmar Hüseynov Fondu iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qarşısında keçirməyi planlaşdırdığı piketi təxirə salıb. Bu barədə Trend ə Elmar Hüseynov Fondunun təsisçilərindən olan Əlövsət Əliyev məlumat verib.

Qeyd edək ki, Fond "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmaması, aparılan istintaqın gedişi, nəticələri barədə məlumatların verilməməsinə etiraz əlaməti olaraq piket keçirməyi nəzərdə tutmuşdu. Aksiya barədə milli təhlükəsizlik nazirinə məlumat verilib və o, Elmar Hyseyn Fondunun təsisçilərini qəbul edəcəyi barədə açıqlama verib.

Əlövsət Əliyev bildirib ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov Fondun təsisçiləri ilə görüşməyə vəd verdiyinə görə MTN-nin qarşısında nəzərdə tutulan piket təxirə salınıb. Fond nümayəndəsinin sözlərinə görə, nazir yaxın bir həftə ərzində onları qəbul edəcəyini, aparılan istintaq barədə məlumat verəcəyini deyib. "Biz bir həftə ərzində gözləyəcəyik, nazir Fondun təsisçiləri ilə görüşsə, bizi maraqlandıran və narahat edən məsələlərə aydınlıq gətirməsini istəyəcəyik. Əgər belə bir görüş olmasa, Elmar Hüseynov Fondu yenə də Milli Təhlükəsizlik Nazirliyi qarşısında piket keçirmək barədə qərar verəcək. Ona görə də indiki piket qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Nazirlə görüş baş tutsa və bütün narahatlıqlarımız aradan qalxsa, onda ola bilər ki, belə aksiyalar da keçirilməsin"-deyə Əlövsət Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti