...

MƏTBUAT ŞURASI SEÇKİDƏ İŞTİRAK EDƏN ÜZVLƏRİNİ DƏSTƏKLƏYƏCƏK

Siyasət Materials 16 Avqust 2005 14:23 (UTC +04:00)

Mətbuat Şurasının üzvlərindən 10 nəfərə yaxını parlament seçkisində iştirak edir və buna görə də qurumun İdarə Heyəti seçkidə onların dəstəklənməsinə qərar verib. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) açıqlama verilib.

Seçkidə iştirak edən Şura üzvlərinin namizədliyinin seçki dairələrində dəstəklənməsi, onlara seçki prosesində köməklik göstərilməsi, təbliğatlarının qurulmasına dair İdarə Heyətində ümumi razılaşma əldə olunub. Mətbuat Şurası tərəfindən dəstək verilərkən qurumun üzvü olan namizədlərin siyasi mövqeyinə və hansı seçki blokunda təmsil olunmasına fərq qoyulmayacaq.

Qeyd edək ki, Mətbuat Şurası üzvlərindən parlament seçkisində həm seçki blokları üzrə, həm də fərdi qaydada iştirak edənlər var.

Xəbər lenti

Xəbər lenti